İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib. Sport24.az xəbər verir ki, qadın şahmatçımız Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb. Gövhər 9 oyundan 11 xal toplayaraq çempionatı birinci pillədə başa vurub. 

Ölkəmizin digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, sabah İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.