Məşhur rusiyalı şahmatçı Sergey Karyakin FİDE yarışlarında neytral statusda mübarizə aparmaqlarını bu qurumun prezidenti Arkadi Dvorkoviçə irab bildirib. Sport24.az xəbər verir ki, o, Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyovun rusiyalı idmançılara münasibətini nümunə gətirib: “Mənə elə gəlir ki, FİDE bizim bayrağımız və himnimizə qarşı daha cəsarətli addım atmalı idi. Burada hər şey qurumun rəhbərliyinin siyasi iradəsindən asılıdır. İBA-nın prezidenti Umar Kremlyovla məsələ ilə bağlı söhbət etmişəm. O, bütün qəlbi ilə rusiyalı idmançılara azarkeşlik edir və onlara dəstək olur. Amma Dvorkoviç hər iki tərəflə dil tapmağa çalışır bu isə indiki məqamda keçərli deyil. Belə vəziyyətdə mövqe tutmaq laızmıdır. Eyni vaxtda həm Rusiya, həm də Qərblə yaxşı olmaq mümkün deyil”.

Xatırladaq ki, rusiyalı Umar Nurmaqomedovun rəhbərliyinda İBA rusiyalı və belaruslu boksçuları öz bayrağı ilə dünya çempionatında iştirak etməyə icazə verib. Amma FİDE-yə rəhbərlik edən digər rusiyalı - Arkadi Dvorkoviç rusiyalı və belaruslu şahmatçılara fərqli münasibət bəsləyir. Bu ölkənin nümayəndələri beynəlxalq yarışlarda neytral statusda mübarizə aparmalıdı.