Şimali Makedoniyanın Skopye şəhərində şahmatın rapid və blits üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, rapiddə mübarizəyə yekun vurulub.
Sloveniyalı Vladimir Fedoseyev qitə çempionu olub. O, 9,5 xal toplayıb. Liderən 1 xal geri qalan Eltac Səfərli çempionatı 4-cü pillədə başa vurub. 8,5 xal toplayan daha bir şahmatçımız Məhəmməd Muradlı 11-ci yeri tutub.
8 xala malik Namiq Quliyev 23-cü, 7,5 xala sahib Rauf Məmmədov isə 44-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti iki gündə şahmatçılar blits növündə yarışacaqlar.