Batumidə (Gürcüstan) keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında 5-ci turun görüşləri keçirilib. Sport24.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətin istinadən xəbər verir ki, kişilərdən ibarət yığma Yunanıstanla heç-heçə edib.

 

Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.

 

Qadınlardan ibarət Azərbaycan millisi də Yunanıstanla qarşılaşıb. Bu görüş də heç-heçə yekunlaşıb - 2:2. Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, bu gün Avropa çempionatında 6-cı turun partiyaları oynanılacaq. Hər iki komandamız püşkə əsasən Ermənistan şahmatçılarıyla qarşılaşacaq.