Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020-də bürünc medal uğrunda mübarizə aparacaq. Sport24.az xəbər verir ki, onun 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudov yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanıb.

Buna görə də Rafiq təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb. Bu, avqustun 3-də keçiriləcək.