Tokio-2020 Yay Olimpiya Oyunlarının üçüncü gününə start verilib. Sport24.az xəbər verir ki, cüdo yarışlarında daha 2 çəki üzrə mübarizə başlayıb.

Orxan Səfərov (66 kq) 1/16 finalda Qazaxıstan təmsilçisi Yerlan Serikjanovla qarşılaşıb. Əsas vaxtda tərəflər xal qazanmadığına görə qarşılaşmanın qalibi qızıl xalla müəyyənləşib. İlk vazari xalına sahib çıxan qazaxıstanlı idmançı 1/8 finala yüksəlib. Orxan isə yarışla vidalaşıb.

Xatırladaq ki, bundan öncə daha iki cüdoçumuz – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) Olimpiadada çıxışını başa vurub.