Bu gün Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı cüdoçumuz Zelim Kotsoyev tatmiyə çıxacaq. O, 1/16 final mərhələsində Aleksandr İddir (Fransa) ilə üz-üzə gələcək .

91 kq-da çıxış edən boksçu Məhəmməd Abdullayev isə 1/8 final görüşünə çıxacaq. İyulun 24-də 1/16 finalda bruneyli Denis Latıpovu mübarizədən kənarlaşdıran idmançımz 1/8 finalda özbəkistanlı Baxodir Jalolovla döyüşəcək.