Azərbaycanın çəkicatma növü üzrə idmançısı Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, 29 yaşlı ukraynalı legioner B qrupundakı ilk cəhdlərdən sonra ən yaxşı 12 atlet sırasına düşməyi bacarmayıb.

Nəticədə Skidan finala vəsiqə qazana bilməyib. O, A qrupunda təsnifat mərhələsini 69,57 metr nəticə ilə 16 idmançı arasında 8-ci sırada başa vurub.