Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 19 növ üzrə mübarizə gedib. Sport24.az xəbər verir ki, 327 dəst medala 93 ölkənin idmançıları yiyələnib.

Bu gün 2 gümüş və 1 bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda olimpiya komandamız 3 gümüş və 4 bürünc medalla 67-cidir.

Siyahıya 87 (38 qızıl, 31 gümüş, 18 bürünc) medalla Çin başçılıq edir. 108 (36 qızıl, 39 gümüş, 33 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 27 "qızıl", 12 "gümüş" və 17 "bürünc"lə Yaponiya tutur.