Beynəlxalq Paralimpya Komitəsinin Apellyasiya Tribunalı Rusiya Paralimpiya Komitəsinin üzvlüyünün dondurulması ilə bağlı qərarı ləğv edib.  Sport24.az xəbər  verir ki, Rusiya Paralimpiya Komitəsinin Beynəlxalq Paralimpiya Komitəsində (İPC) təmsil olunması ilə bağlı məsələyə isə sentyabr ayında baxılacaq.

Bu da o deməkdir ki, Rusiya idmançıları Paris Paralimpiya oyunlarında iştirak edə bilər.

Xatırladaq ki, Rusiyanın üzvlüyünə 2022-ci ildə Berlində keçirilən növbədən kənar assambleyada xitam verilmişdi.