Beynəlxalq Olimpiya Komitəsi (BOK) usiyalı idmançıların Olimpiadaya buraxılması ilə bağlı yeni qərar qəbul edib. Sport24.az.xəbər verir ki, hə əmin qərara əsasən rusiyalı idmançılar 2024-də Parisdə baş tutacaq yay Olimpiadasında iştirak edə biləcək.

Amma yeni qərarda faktiki olaraq 2016 və 2020-dəki olimpiadalara xüsusi olaraq buraxılan ''qaçqınlar komandası''nın yaradılış prinsipi əsas götürüləcək.

Artıq Rusiya İdmanına rəhbərlik edənlərə də bununla bağlı məlumat verilib. Olimpiadada iştirak üçün hər rusiyalı idmançı özü ayrılıqda sənəd göndərməli olacaq və ən əsası onlara heç bir komanda idman növündə iştirak etməyə icazə verilməyəcək. Bir idmançının neytral komandaya namizədliyi qəbul olunduqdan sonra onun qarşısına yeni şərtlər qoyulacaq. Həmin idmançı bütün daxili yarışlarda iştirakdan imtina etməli, eləcə də Rusiyadan olan təşkilatlardan heç bir yardım qəbul etməməlidi. BOK-un bu qərarı Rusiyada böyük narazılıqla qarşılanıb.

Xatırladaq ki, gələn il yay Olimpiya oyunları 26 iyul - 11 avqustda Parisdə keçiriləcək.