Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməkdən məhrum olub.

Sport24.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İdmançımızın yarışdan kənarda qalmasına zədələnməsi səbəb olub. Belə ki, Ramazanzadə isinmə hərəkətləri zamanı xəsarət aldığı üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib. Hazırda onun yaxşı olduğu bildirilib.

Qış idman növləri üzrə yığmamızın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.

Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.