"Zenit"in 26 yaşlı mərkəz müdafiəçisi Nuralı Alip "Qalatasaray"a təklif olunub. Sport24.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Burak Eren "X" (keçmiş Twitter) sosial media hesabında paylaşım edib. Türkiyə klubu artıq futbolçunu izləməyə başlayıb.

 

Mənbənin sözlərinə görə, Qazaxıstan vətəndaşı olduğu üçün, "Qalatasaray"a keçəcəyi təqdirdə Alip "yerli" oyunçu statusunda olacaq.

 

Qeyd edək ki, 2023-cü ildən "Zenit"də çıxış edən Alipin klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. O, cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb.