"Bavariya"nın idman direktoru Maks Eberl bildirib ki, klubun baş məşqçisi Vensan Kompani xəstəxanadan evə buraxılıb. Sport24.az xəbər verir ki, o, bu barədə ARD telekanalına müsahibəsində bildirib:
"Düşünürəm ki, bu, hamımız üçün çox vacib və ən yaxşı xəbərdir. Səbəb müəyyən edilib: söhbət beyin qişalarının qıcıqlanmasından gedir ki, bu da ötən cümə günü baş verən hadisəyə səbəb olub.
O, artıq xəstəxanadan çıxıb və evdədir. Evində bərpa dövrü keçəcək. Onun vəziyyətində bərpa – istirahət etmək və dərman qəbul etmək deməkdir.
Tam əminəm ki, o, çox tezliklə işinə qayıdacaq və meydanın kənarında vəzifəsini tam gücü ilə yerinə yetirə biləcək".
Qeyd edək ki, 40 yaşlı belçikalı mütəxəssis oktyabrın 24-də klubun məşq meydançasından helikopterlə Münhendəki xəstəxanalardan birinə aparılmışdı.