Bu gün keçiriləcək iki oyunla Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki görüşdə aşağı liq təmsilçiləri üz-üzə gələcək.
"Xankəndi" Şamaxıda "Gəncəbasar"ı, qonaq edəcəksə, "Karvan-Yevlax" Binə qəsəbəsində II Liqda çıxış edən "Zəngəzur"un qonağı olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsində qaliblər bir oyunun nəticəsinə görə müəyyənləşib.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
14:00. "Xankəndi" – "Gəncəbasar"
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
14:00. "Zəngəzur" – "Karvan Yevlax"
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu.