Leverkuzen "Bayer"inin hücumameyilli yarımmüdafiəçisi İbrahim Maza Çempionlar Liqasının son qalibi PSJ-nin diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Paris klubu qış "transfer pəncərəsi" ərəfəsində 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir.

 

Maza zədələnən və uzun müddətə sıradan çıxan gürcü vinger Xviça Kvaratsxeliyanı əvəz edə biləcək namizədlər siyahısında yer alır.

 

Futbolçunun nümayəndələri bundan xəbərdar olsalar da, "Bayer" rəsmiləri narahatlıq keçirmir. Leverkuzen klubu Mazanı komandanın gələcəyi üçün əsas oyunçulardan biri hesab edir və onunla yeni müqavilə imzalamağı planlaşdırır (hazırkı müqavilə 2030-cu ilin yayına qədər qüvvədədir) .

 

Qeyd edək ki, Maza 2025-ci ilin yayında 12 milyon avro qarşılığında "Herta"dan "Bayer"ı transfer olunub. O, "əczaçılar"ın heyətində meydana çıxdığı 54 oyunda 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı hazırda əlcəzairli oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.