Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.

Sport24.az xəbər verir ki, Ryabova sərbəst proqramda 118,15 xala layiq görülüb.

O, 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Beləliklə,19 yaşlı idmançı növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk 3-lüyə düşə bilməyib və medalsız qalıb.

Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.

Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.