Gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılışına maraq azdır. Bu barıdı Fransanın idman naziri Ameli Udea-Kastera məlumat verib. Sport24.az xəbər verir ki, məsələ ondadır ki, fransızlar açılış mərasimi tədbirlərinə 600 min idman həvəskarının qatılacağını gözləyirdi. Amma hazırkı proqnozlara görə, bu rəqəm 500 min nəfəri aşmayacaq.

Parisdə tədbirləri 400 min nəfər biletsiz, 100 min nəfər isə biletlə izləyəcək. Amma Fransa höküməti də azarkeş sayının azalmasının tərəfdarıdır. Onlar təhlükəsizlik tədbirlərinin yüksəl səviyyədə təşkil edilməsi üçün planda müəyyən dəyişikliklər edəcək.

ÀXatırladaq ki, Olimpiadanın açılış mərasimi gələn ilin iyulun 26-da keçiriləcək.