Polşalı tennisçi İqa Svyontek Paris-2024-ün yarımfinal mərhələsində məğlub olub. Sport24.az xəbər verir ki, dünya reytinqində birinci pillədə qərarlaşan idmançı yarımfinalda çinli Zhen Qinvenə uduzub. - 0:2 (2:6, 5:7)
Digər yarımfinal görüşündə slovakiyalı Anna Karolina ilə xorvatiyalı Donna Vekiç üz-üzə gələcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.