Gələn il idman dünyasında Olimpiada ilidi. Sport24.az xəbər verir ki, 2024-cü ildə iyulun 26-dan avqustun 11-nə qədər Fransanın paytaxtı Parisdə yay Olimpiya oyunları keçiriləcək.

Bu arada məlum olub ki, Fransa polisi Olimpiadanın Təşkilat Komitəsinin mənzil-qərargahında axtarışlar həyata keçirib. Bu xəbəri Beynəlxalq Olimpiya Komitəsi (BOK) də təsdiqləyib.

Çox güman ki, bu, bir müddət öncə mətbuatda yayılmış korrupsiya şaiyələri ilə bağlıdı. Belə ki, təşkilat komitəsini və Olimpiadanın infrastrukturuna cavabdehlik daşıyan ''Solideo'' adlı dövlət şirkətinin işində ciddi nöqsanlar olduğu iddia edilmişdi. Təşkilat Komitəsi Olimpiadadakı obyektlərin inşası zamanı korrupsiya və maliyyə maxinasiyalarına yol verməkdə günahlandırılır. Bu xəbər idman dünyasında böyük müzakirələrə səbəb olub. BOK-un məsələ ilə bağlı rəsmi bəyanatında bunlar qeyd olunub: ''Polislərin bu gün səhər Parisdə yerləşən təşkilat komitəsinin mənzil-qərargahında müəyyən axtarışlar həyata keçirməsindən xəbərimiz var. Bizə bununla bağlı lazım olan informasiyalar ötürülüb. Fransa polisi bu məsələdə yerli hakim orqanlarla əlbir işləyir''.