Siyasi arenalarda barışmaz rəqib olanlar idman arenasında dostluq rəmzinə çevriliblər. Sport24.az xəbər verir ki, Parisdə KXDR, Cənubi Koreya və Çini təmsil edən stolüstü tennis üzrə medalçılar medal qazandıqdan sonra birgə foto çəkdirərək yaddaqalan anlar yaşayıblar.
Çinli idmançılar finalda Şimali Koreyalı rəqiblərini 4-2 hesabı ilə məğlub edərək qızıl medal qazanıblar.
Bununla da, COVID-19 pandemiyası səbəbindən Tokio 2020 Olimpiadasında iştirak etməyən Şimali Koreya Paris Oyunlarında ilk medalını qazandı.
Cənubi Koreya idmançıları isə "bürünc"lə kifayətləniblər