Son vaxtlar Ukrayna hökümətinin yerli idmançıların Rusiya və Belarus atletlərinin qatıldığı yarışlarda iştirakına qadağa qoyması beynəlxakq ictiamiyyət tərəfindən müzakirələrə səbəb olub. Sport24.az xəbər verir ki, xüsusən də, BOK bundan narazıdı.

Qurumun Milli Olimpiya Komitələri ilə əlaqə departamentinin direktoru Ceyms Makleod məsələyə münasibətini bildirib: “Son vaxltar Ukrayna hökümətinin BOK-un qərarlarına etiraz etməsi adi hala çevriib. Onlar bizə kəskin reaksiya verir. İş o həddə çatıb ki, öz idmançılarının qarşısını kəsirlər. Hətta onlara tabe olmayanlara maliyyə yardımı ayırmayacaqları ilə hədələyirlər. Bu, bizim üçün qırmızı xəttdi. Ukrayna hökümətinin bu qərarına etiraz edirik. Heç kimin öz idmançılarının qarşısını kəsməyə hüququ yoxdu. Həqiqətən də çətin vəziyyətlə üzləşmişik. İstənilən halda, BOK bu məsələləri müzakirə etməyə hazırdı".