Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsinə start veriləcək.

 

Beş çəkidə medal uğrunda qarşılaşmaların iştirakçıları bəlli olacaq. 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəkidə güləşçilər xalça üzərinə çıxacaqlar. Azərbaycan millisinin 5 pəhləvanı yarışa qoşulacaq.

57 kq
Elman Ağayev 1/8 final mərhələsindən yarışa start verəcək. O, Andreas Parotsidislə (Yunanıstan) üz-üzə gələcək.

65 kq
Musa Ağayev 1/8 finalda xalçaya çıxacaq. O, Yuri Vovkla (Ukrayna) qarşılaşacaq.

70 kq
Kənan Heybətov 1/4 finala vəsiqə üçün mübarizə aparacaq. O, Seyfulla İtayevlə (Fransa) güləşəcək.

79 kq
Əli Çokayev 1/8 finaldan mübarizəyə start verəcək. O, Radomir Stoyanovla (Bolqarıstan) üz-üzə gələcək.

97 kq
Rəvan Musayev 1/8 finalda yarışa qoşulacaq. O, Soslan Dzaqayevlə (AİN) güləşəcək.

Qeyd edək ki, bu beş çəkidə medal qarşılaşmaları sabah baş tutacaq.