İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşçilər döşəyə çıxacaq.

 

Azərbaycanın 2 pəhləvanı 1/8 final mərhələsində mübarizəyə başlayacaq. Əsmər Cankurtaranın (53 kq) ilk mərhələdə rəqibi Sofiia Marçenko (Ukrayna) – Hava Konca (Türkiyə) cütünün qalibi olacaq.

 

Günay Qurbanova (62 kq) ilk görüşündə Kandelo Kastro (İspaniya) – Annatina Kendra (İsveçrə) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.