Hacı Əliyev Paris-2024-ə lisenziya qazanıb

Sport24.az xəbər verir ki, üçqat dünya çempionumuz bu uğura Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.

Doğma divarlar arasında öncə Həmzət Arsamerzoyevə (Fransa) 5:2, ardınca Niurqun Skriabinə (AİN) hesabı ilə qalib gələn idmançımız yarımfinalda İslam Dudayevlə (Albaniya) güləşib. 65 kq çəkidə çıxış edən Əliyev həlledici qarşılaşmanı da aktivinə yazıb. O, 0:3 hesabı ilə geridə olsa da, rəqibini 6:3 hesabı ilə məğlub edib. Bu qələbə Hacıya olimpiya lisenziyası qazandırıb.

Ondan öncə eyni uğura Əliabbas Rzazadə (57 kq) də imza atıb.

Qeyd edək ki, bu gün daha üç güləşçimiz lisenziya uğrunda həlledici görüşə çıxacaq.