Mayın 9-12-də İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub. Sport24.az xəbər verir ki, Beka Kandelakini Sabah Şəriəti əvəzləyib.

 

İstanbulda onunla yanaşı, yunan-Roma yığmamızda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Murad Əhmədiyev (97 kq) Paris-2024-ə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

 

Qadın millimizin 5 güləşçisi də Türkiyədə xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) lisenziya üçün yarışacaqlar.

 

Qeyd edək ki, yığmamız sərbəst güləşdə bütün çəkilərdə, yunan-Roma güləşində iki kateqoriyada lisenziya qazanıb.