DÇ-2022-nin 1/4 finalında Mərakeşlə oyun öncəsi Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo xoşagəlməz olayla üzləşib. Sport24.az xəbər verir ki, tribuada olan azarkeş ulduz futbolçunun üzərinə su tökmək istəyib.

Hadisə 37 yaşlı hücumçu komandasının ehtiyat oyunçular skamyasına gedərkən baş verib. Azarkeşlərdən biri tribunadan əyilərək Ronaldoya butulkadan su atıb. O, digər fanatlar tərəfindən dərhal dayandırılıb. Sonra mühafizəçilər həmin şəxslə danışıb və onu stadiondan çıxarıblar.

Qeyd edək ki,  Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzub. Ronaldo 51-ci dəqiqədə meydana daxil olub.