Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarında ümumdünya yarışlarında qızıl medal qazanan millimiz Vətənə dönüb.

Sport24.az xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının üzvləri, idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar.

 

13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

 

Gimnastlarımız ən yaxın izləyiciləri - İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayıblar.