Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.

 

Bu Portuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub. Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

 

Qeyd edək ki, sentyabrın 19-da startı verilən yarış bu gün başa çatacaq.