Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib. Sport24.az xəbər verir ki, bu, FİG-in 85-ci hesabat-seçki konqresində gerçəkləşib.

 

Tədbir Qətərin paytaxtı Dohada keçirilib. Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru əvvəllər də üzvü olduğu komitəyə yenidən seçilib.