Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib. Sport24.az xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) gümüş medal qazanıb.

Onu da bildirək ki, yarış oktyabrın 22-də başa çatacaq.