Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanovanın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinə namizədliyi təsdiqlənib. Sport24.az xəbər verir ki, komitəyə seçkilər oktyabrın 25-də qurumun Dohada keçiriləcək konqresində baş tutacaq.

 

Azərbaycan təmsilçisi hazırda gimnastikanın bütün növləri üzrə komitənin üzvüdür. O, təkrar seçilmək üçün 11 namizəddən biri olacaq. Texniki Komitədə 6 nəfər yer alacaq.

 

Qeyd edək ki, Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbov FIG-ın prezidenti vəzifəsinə namizəddir.