Tərtər Olimpiya Kompleksində bədii gimnastika üzrə 29-cu Azərbaycan birinciliyi keçirilir.
Sport24.az xəbər verir ki, yarışın ikinci gününün günorta sessiyasında bir neçə yaş qrupları üzrə qaliblər müəyyənləşib.
2014-cü il təvəllüdlü uşaqlar arasında keçirilən çoxnövçülük yarışında Mişel Aniskina qələbəsini bayram edib. Elissa Əliyeva gümüş, Fatimə Tarverdiyeva isə bürünc medal qazanıb.
2015-ci il təvəllüdlü uşaqlar arasında Mira Özəl mütləq çempionluq əldə edib. Nilay Pünhanlı gümüş qazanıb. Leyla Kərimli isə ilk "üçlüy"ü qapayıb.
2016-cı il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə Suel Qasımova birinci olub. İkinci yeri Gülər Xanseyidova, üçüncü pilləni Aylin Gözəlova tutub.
Qeyd edək ki, ölkə çempionatında 130 idmançı iştirak edir. Onlar Olimpiya Ehtiyatları Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə, "Ocaq Sport" və "Qratsiya" klubları, "Kür" mərkəzi, Şağan və Şirvan Olimpiya Kompleksləri, Zirə mədəniyyət mərkəzi və Şəmkir Gənclər Evini təmsil edirlər.