Aprelin 17-20-də Qətərin paytaxtı Dohada keçiriləcək kişi və qadın gimnastikası üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, yığmamız yarışda 6 idmançı ilə təmsil olunacaq.

 

Dohada Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər, dayaqlı tullanma) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) mübarizə aparacaq.

 

Qeyd edək ki, Dünya Kubokunda hakimlər sırasında isə Zəkəriyyə Muradlı və Əhməd Ağayev yer alacaqlar.