Bu gün futzal üzrə Yüksək Liqada II dövrəyə start verilib. Sport24.az xəbər verir ki, VI turun açılış oyununda son çempion hazırkı liderlə üz-üzə gəlib. Gərgin keçən matçda hesabı "Araz-Naxçıvan" açıb.

 

Amma lider sonrakı dəqiqələrdə nominal meydan sahiblərini 2 dəfə meydanın mərkəzinə dəvət edib.

 

Teymur Eyvazovun yetirmələri bu üstünlüyünü sona qədər qoruya bilməyib. Belə ki, növbəti dəqiqələrdə qapıçını meydan oyunçusu ilə əvəzləyən Rayiç bunun bəhrəsini görüb və Giovanni status-kvonu bərpa edib.

 

Liderin xal itkisindən "Neftçi" İK faydalanıb. İlkin Hacıyevin drujinası debütantdan üstün olub.

 

Turun son görüşündə isə 3 xalı U-19 bayram edib. İlqar Aslanovun yetirmələri ilk dövrədə olduğu kimi, bu dəfə də "Yasamal Bakı"nı məğlub edib.

 

Araz-Naxçıvan – Baku Fire 2:2

 

Neftçi İK – Şuşa 4:0

 

Yasamal Bakı – U-19 3:6