Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" futzal klubu daha bir oyunçunun keçidini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, ölkə çempionu Serbiya millisinin üzvü Lazar Milosavljeviçlə anlaşıb.

 

O, ötən mövsüm Xorvatiyanın "Crnica" kollektivində çıxış edib.

 

26 yaşlı futzalçı ötən ilk UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında "qırmızı-ağlar"ın formasını geyinib. "İstanbul Şişli" ilə matçda qol vuran Milosavjeviç "Riqa" ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

 

Qeyd edək ki, braziliyalı Kadinyonu transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.