Futzal üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, final matçında iki ispan komandası - "Palma" və "Barselona" üz-üzə gəliblər.

 

"Palma" rəqibinə 5:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.

 

Bürünc medalın taleyinə isə  Portuqaliya klublarının duelində aydınlıq gəlib. "Sportinq"i 6:3 hesabı ilə məğlub edən "Benfika" fəxri kürsüyə qalxıb.

 

Qeyd edək ki, "Palma" ardıcıl ikinci dəfə futzal üzrə Çempionlar Liqasının qalibi adını qazanıb.