Azərbaycanın MMA idmançısı Tahir Abdullayev üçün rəqibin kim olmasının fərqi yoxdur. Sport24.az xəbər verir ki, o bu barədə mətbuat konfransında bildirib.

 

Döyüşçü Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində braziliyalı Ceferson Nasimentonu məğlub etməsi barədə danışıb:

 

"Özümü əla hiss edirəm. Mənim üçün heç bir rəqibin fərqi yoxdur. Çox sevincliyəm. Üç həftə əvvəl bilirdim ki, UFC-də döyüşəcəyəm. Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Mən rəqibə ikinci və üçüncü raundda deyirdim ki, qız kimi qaçma, gəl, savaşaq".