Bakıda keçirilən "UFC Fight Night: Fiziev vs. Torres" tədbiri davam edir. Sport24.az xəbər verir ki, hazırda ilkin kartın döyüşləri keçirilir.
Gecənin növbəti döyüşü yarım yüngül çəki dərəcəsində baş tutub.
Avstraliya təmsilçisi Kaan Ofli Kolumbiyadan olan Xavyer Reyeslə qarşılaşıb.
Ofli ilk raundun sonunda qələbə qazanıb. O, rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.