"Monako"nun müdafiəçisi Kassum Uattara karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" fransalı futbolçunu transfer etməyə yaxındır.
Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 21 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün "knyazlıq" klubu ilə razılıq əldə edib. "Beşiktaş" qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Kassum Uattara 2023-cü ilin noyabrından "Monako"da çıxış edir. Fransa U-21 millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində 24 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.