"Nyukasl" yay "transfer pəncərəsi"ndə Dortmund "Borussiya"sının və Almaniya millisinin yarımmüdafiəçisi Feliks Nmeçanı heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu "sağsağanlar"ın transfer siyahısında yer alır. Nmeçanın Dortmund klubu ilə müqaviləsində 73,5 milyon funt sterlinqlik sərbəstqalma maddəsi olsa da, "Nyukasl"ın daha aşağı məbləğ qarşılığında razılıq əldə edə biləcəyinə inanılır.
Qeyd edək ki, Feliks Nmeça 2025/2026 mövsümündə Dortmund "Borussiya"sının heyətində 42 rəsmi matçda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.