"Çelsi" müdafiə xəttini gücləndirmək üçün "Kristal Pelas"ın mərkəz müdafiəçisi Maksens Lakruanı transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin sözlərinə görə, London təmsilçisi 26 yaşlı fransalı futbolçunu əsas transfer hədəflərindən biri hesab edir. "Çelsi" rəhbərliyi Lakruanın Premyer Liqada özünü doğrultduğunu düşündüyündən transferi mümkün qədər tez başa çatdırmağa çalışır.

"Kristal Pelas" müdafiəçini satmaq niyyətində olmasa da, uyğun təklif gələcəyi təqdirdə onun ayrılmasına razılıq verə bilər. Klub Lakrua üçün ən azı 50 milyon funt sterlinq tələb edir.

Qeyd edək ki, Lakruanın "Kristal Pelas"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.