Futbol üzrə dünya çempionatında H qrupunda üçüncü tur çərçivəsində keçirilən İspaniya Uruqvay matçında qalib müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşma Avropa təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qol ilk hissədə vurulub. 42-ci dəqiədə İspaniya millisinin heyətində Aleks Baena komandasına qələbə gətirən qolun müəllifi olub.
Qeyd edək ki, bu qələbə sayəsində İspaniya 7 xalla qrupunu lider tamamlayıb.