Futbol üzrə dünya çempionatında G qrupunda üçüncü tur başa çatıb. Sport24.az xəbər verir ki, qrup mərhələsinin son oyununda Belçika millisi Yeni Zelandiya ilə qarşılaşıb.

 

Oyun Avropa təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Belçikanın heyətində Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) fərqləniblər. Yeni Zelandiyada isə Cast Elaydca (84) adını tabloya yazdırıb. 

 

Qeyd edək ki, Belçika yığması qrup lideri kimi pley-offa vəsiqə qazanıb.