Ukraynanın "Polessye" klubu "Qarabağ"dan Leandro Andradeni transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Jitomir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kabo verdeli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
"Polessye" Andradeni 3.5 milyon avro qarşılığında transfer edib.
Leandro yeni klubunda 11 nömrəli formanı geyinəcək.