Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində ilkin kardın növbəti görüşü başa çatıb. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə qazaxıstanlı Bekzat Almakhan braziliyalı Jan Matsumoto ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma Matsumotonun qələbəsi ilə yekunlaşıb. Braziliyalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Qeyd edək ki, "UFC Fight Night Baku" turnirində qarşılaşmalar davam edir. Gecədə Azərbaycan təmsilçiləri Fərman Həsənov, Nazim Sadıxov və Rafael Fiziyev də oktaqona çıxacaqlar.