"Rəqib barədə çox məlumatımız yoxdur".

Sport24.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun futzalçısı Emin Kürdov deyib.

Təcrübəli qapıçı Çempionlar Liqasının ilk mərhələsinə hazırlıqlarını dəyərləndirib. Kürdov bildirib ki, birinci turda qarşılaşacaqları "Sparta Belfats"la (Şimali İrlandiya) bağlı informasiya tapmaqda çətinlik çəkiblər:

"Çünki tanınmış komanda deyil. Ona görə analiz baxımından müəyyən çətinliyik yaşadıq. Bəlkə də, müəyyən sürprizlər ola bilər. Amma məşqçilər korpusu hər şeyi nəzərə alaraq lazımı hazırlığı keçib".

 

Onun sözlərinə görə, Estoniya və İsveç komandalarını isə tanıyırlar:

"Onlar analiz etmişik. İştirak edəcəyimiz bu format 32 komanda üçün nəzərdə tutulub. Buna uyğun hazırlıqlarımız gedir. İnanırıq ki, yaxşı nəticə əldə edəcəyik. Hər qrupdan bir klub mərhələ adlayacaq. Biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Əlimizdən gələni edib, qələbə qazanacağıq. Hər 3 matçdan gözləntimiz qalibiyyətdir. Qarşıdakı əsas hədəfimiz də məhz budur".

 

Qeyd edək ki, Azərbaycan çempionu avqustun 21-də "Sparta Belfats" (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu "Sillamae Silla", avqustun 24-də isə İsveçin "Uddevalla" klubu ilə qarşılaşacaq.