Futzal üzrə İspaniya yığması Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi D qrupunun II tur matçına ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki,  komandanın aparıcı oyunçusu Adolfo Fernandes Dias koronavirusa yoluxduğu üçün qarşıdakı görüşü də buraxacaq.

Hazırda karantində olan "Barselona"nın 29 yaşlı forvardı Bosniya və Herseqovinanı 6:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada da həmin səbəbdən iştirak etməyib.

Qeyd edək ki, sabah keçiriləcək İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.