Futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Faustino Peres karyerasını "Barselona"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.

 

55 yaşlı çalışdırıcı  "Barselona" futzal klubunun baş məşqçisi təyin olunub. O, bu vəzifədə Xesus Velaskonu əvəzləyib.

 

Qeyd edək ki, Faustino Peres 2014-2016-cı illərdə Azərbaycan millisini çalışdırıb. Millimiz Avro-2016-da onun başçılığı altında 1/4 finala qədər irəliləməyi bacarıb. O, son olaraq Çinin "Şanxay Quanqi Pioner" klubunda çalışıb.