Formula 1-də çıxış edən “Aston Martin” komandasının üzvü Lens Stroll Bəhreyndəki test yarışlarında iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, buna kanadalı pilotun İspaniyada məşq edərkən velosipeddən yıxılması səbəb olub.

Onun sağ əlinə gips qoyulduğu haqda məlumatlar dolaşır. Böyük ehtimalla, Strollu test yarışlarında “Aston Martin”in braziliyalı ehtiyat pilotu Felipe Druqoviç əvəzləyəcək.

Xatırladaq ki, ötən mövsüm 18 xal toplayan kanadalı pilot şəxsi birincilikdə 14-cü yeri tutmuşdu.